bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

"Sabah"ın heyətində meydana çıxan ikinci brazilyalı

21.02.2022 21:34 Oxundu 450


Azərbaycan Premyer Liqasında 16-cı turunun “Zirə” – “Sabah” matçı (2:0) qonaq komandanın yeni transferi Kristian da Silva Fil üçün ilk olub. 

"CEMPİON.AZ" xəbər verir ki, qarşılaşmanın 59-cu dəqiqəsində Abdulla Xaybulayevin əvəzinə meydana daxil olan braziliyalı yarımmüdafiəçi Premyer Liqada debüt edib.
“Sabah”ın mətbuat xidmətinin məlumatına görə, o, həmyerlisi Vanderson Nasimentodan sonra “Sabah”ın heyətində Premyer Liqada meydana çıxan ikinci braziliyalı futbolçu olub. Vanderson 2018/19-cu il mövsümündə “Sabah”da oynayıb.