21.02.2022 19:54
456
İngiltərə Premyer Liqasının XXVI turunda keçirilən “Lids” – “Mançester Yunayted” oyununda insident yaşanıb.
"CEMPİON.AZ" xəbər verir ki, meydan sahiblərinin azarkeşləri matçın gedişində meydana petarda atıblar.
Qonaqlar hesabda 3:2 önə keçdikdən sonra qol sevinci yaşayarkən atılan petarda “qırmızı şeytanlar”ın iki futbolçusu Fred və Entoni Elanqanın xəsarət almasına səbəb olub. Elanqa hətta həkimə müraciət etmək məcburiyyətində qalıb. Hadisə ilə bağlı İngiltərə Futbol Assosiasiyası araşdırma aparmaq qərarına gəlib.
Qeyd edək ki, oyun “Mançester Yunayted”in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.