21.02.2022 18:25
561
"Liverpul"un və Yeni Zelandiya millisinin stoperi Maykayla Mur heç kimin arzulamadığı halla üzləşib.
"CEMPİON.AZ" xəbər verir ki, futbolçu ABŞ millisi ilə matçın ilk yarısında - cəmi 36 dəqiqə ərzində üç avtoqola imza atıb.
Qadın futbolçu əvvəlcə 5-ci dəqiqədə soldan ötürməni öz qapısına çevirərək hesabı açıb. Cəmi bir dəqiqə sonra Mur yenidən qapıçısına qol vurub, bu dəfə baş zərbəsi ilə. O, 36-cı "het-trik"i tamamlayıb.
Hissənin bitməsinə beş dəqiqə qalmış Mur dözə bilməyərək əvəzlənməsini istəyib.
İkinci hissədə "ən təsirli oyunçusu" olmadan amerikalılar daha iki qol vurublar - 5: 0.
Oyunda vurulan qolların videogörüntüsünü təqdim edirik: