bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Serxio Aquero: "Qol vuranda da deyirdi ki, bəxtim gətirib"

22.02.2022 10:47 Oxundu 488


“Ailəm məni həmişə dəstəkləyib. İstisna atam idi, həmişə deyirdi ki, bərbad oynayıram”.

"CEMPİON.AZ" xəbər verir ki , bunu Argentina millisinin sabiq futbolçusu Serxio Aquero deyib.
Ürəyindəki problemlərə görə, karyerasını bitirmək məcburiyyətində qalan 34 yaşlı keçmiş hücumçu ailəsinin futbol həyatındakı rolundan danışıb. O, ən böyük tənqidçisinin atası olduğunu söyləyib: “O, çox sərt və tələbkar idi. Mənə heç vaxt yaxşı oynadığımı demədi. Amma karyeramı bitirdikdən sonra gördüyü ən yaxşı oyunçu olduğumu söylədi. Halbuki qol vurduğum, yaxşı oynadığım matçlardan sonra özümü pis hiss etməyim üçün bir yol axtarırdı. Qol vuranda da deyirdi ki, bəxtim gətirib. Onun bu tənqidlərinə görə, heç vaxt arxayınlaşmadım, daha yaxşı oynaya biləcəyimi düşündüm”.
Qeyd edək ki, Serxio Aquero karyerası ərzində “İndepentyente”, “Atletiko”, “Mançester Siti” və “Barselona”da çıxış edib.