bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

“Qarabağ”ın oyunu polşalı hakimə tapşırılıb

22.02.2022 11:45 Oxundu 486


Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Marsel” oyununun hakimləri müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, UEFA Bakıda baş tutacaq matçı idarə edəcək referilərin adlarını açıqlayıb.
Fevralın 24-dəki cavab qarşılaşması üçün Bakıya Polşadan olan hakimlər briqadası gələcək. Görüşdə ədaləti Bartoş Frankovski qoruyacaq. Ona Marçin Boniek və Yakub Vinkler köməklik edəcək. Dördüncü hakim funksiyasını Kriştof Yakubik yerinə yetirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Marseldəki ilk matçda ev sahibləri 3:1 hesablı qələbə qazanıb.