bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

“Qarabağ” – “Marsel” görüşünün dəyəri bəlli olub

22.02.2022 14:43 Oxundu 556


Konfrans Liqasının pley-off mərhələsinin fevralın 24-də keçiriləcək “Qarabağ” – “Marsel” görüşünün dəyəri bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, bu matçın qiyməti 600 min avroya bərabərdir.
Söhbət mərhələ keçəcək klubun qazancından gedir. 1/8 finala vəsiqə qalib tərəfin büdcəsinə 600 min avro gətirəcək.
Marseldə 1:3 hesabı ilə uduzan “Qarabağ” bu vəsaiti əldə etmək üçün ya 3 top fərqi ilə qalib gəlməli, ya da penaltilər seriyasında güclü olmalıdır. Fransa təmsilçisi isə ilk görüşdəki üstünlüyü qorumalıdır.
Bu duelədək hər iki komanda avrokubok mövsümündə kifayət qədər qazanc əldə edib. “Qarabağ” artıq 6 milyon 876 min 471 avro əldə edib. Konfrans Liqasına daha güclü olan Avropa Liqasından yuvarlanan “Marsel”in qazancı daha çox olub. Fransalılar 8 milyon 782 min 174 avro ilə mükafatlandırılıb.
Qeyd edək ki, “Qarabağ” – “Marsel” görüşü saat 21:45-də başlayacaq.