bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Manuel Noyer sağalıb

22.02.2022 17:34 Oxundu 499


“Bavariya”nın kapitanı Manuel Noyer zədəsini sağaldıb.

"CEMPİON.AZ" xəbər verir ki, ulduz futbolçu artıq məşqlərə başlayıb.
Bu ayın 5-də “Leypsiq”lə oyun zamanı dizindən zədələnən və əməliyyat edilən 36 yaşlı qapıçı hələlik fərdi məşqlərlə kifayətlənir. Onun yoxluğunda Münhen klubu Bundesliqada “Bohum”a uduzub (2:4), “Qreyter Fürt”ə qalib gəlib (4:1), Çempionlar Liqasının 1/8 finalında isə “Zalsburq”la bərabərə (1:1) qalıb.
Qeyd edək ki, “Bavariya” növbəti oyununu Bundesliqanın XXIV turunda fevralın 26-da “Ayntraxt”a qarşı səfərdə keçirəcək.