bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

"Beşiktaş" Ukraynadan üç futbolçu almaq istəyir

23.02.2022 13:45 Oxundu 449


Ukraynada yaşanan siyasi gərginlik “Şaxtyor”un heyətinin dağılması ilə nəticələnə bilər.

"CEMPİON.AZ" xəbər verir ki, hərbi əməliyyatların başlasa, legionerlər Ukrayna klubunu tərk edəcək.
Artıq Avropanın bir sıra klubları bu durumdan yararlanmağa qərar verib. Onlar arasında Türkiyə “Beşiktaş”ı da var.
İstanbul təmsilçisi “Şaxtyor”un üç futbolçusunu ələ keçirməyi planlaşdırır. Türkiyəlilərin idman direktoru Ceyhun Kazancı Donetsk klubunun heyətindən bəzi oyunçuları seçib. Bunlar braziliyalılar Tete və Fernando, burkina-fasolu Lassine Traoredir. Sonuncu dizindəki zədədən sonra bərpa dövrünü davam etdirir.
Lakin “Beşiktaş”ın bu oyunçuları ələ keçirmək şansları yüksək qiymətləndirilmir. Çünki “Şaxtyor”un aparıcı oyunçuları uğrunda rəqabət böyükdür.