bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

“Qalatasaray” yayda heyətini yeniləyəcək

23.02.2022 16:20 Oxundu 465


Uğursuz mövsüm keçirən “Qalatasaray” yayda heyətində ciddi islahatlar aparacaq.

"CEMPİON.AZ" xəbər verir ki, “sarı-qırmızılılar”ın yola salmaq qərarına gəldiyi bir futbolçu müəyyənləşib.
2021-ci ilin yanvarından komandada icarə əsasında çıxış edən hücumçu Halil Dərvişoğlu müqavilə ilə məxsus olduğu “Brentford”a qaytarılacaq. 23 yaşlı forvardın oyunundan sonra intizamsız davranışları rəhbərliyi bu addıma vadar edir.
Ancaq Türkiyə millisinin üzvü ölkəsində qala bilər. Çünki “Beşiktaş” onunla bağlı İngiltərə klubuna təklif göndərəcək.
Qeyd edək ki, Halil Dərvişoğlunun “Brentford”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.