23.02.2022 19:49
484
“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzatmağa qərar verib.
"CEMPİON.AZ" xəbər verir ki, ispaniyalı mütəxəssisin indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq.
İngiltərə klubu ona yeni müqavilə ilə daha yüksək maaş ödəməyə hazırdır. Arteta hazırda ilə 5 milyon funt sterlinq qazanır. Londonlular bu rəqəmi 8,3 milyona qaldırmaq fikrindədir. “Arsenal”da belə yüksək maaşı sabiq baş məşqçisi Arsen Venger alıb.
Qeyd edək ki, Venger 2018-ci ildə klubdan ayrılıb.