Avropada rəqiblərini ən böyük fərqlə üstələyərək daxili çempionata liderlik edən komandaların adları açıqlanıb.
"CEMPİON.AZ" xəbər verir, araşdırma qitənin ən reytinqli 11 çempionatı arasında aparılıb.
Bu baxımdan ən yaxşı göstəriciyə “Trabzonspor” malikdir. Super Liqada çempionluğa doğru inamla irəliləyən Türkiyə klubu ən yaxın izləyicisi olan “Konyaspor”u 14 xal qabaqlayır.
İkinci yerdə PSJ qərarlaşıb. Paris təmsilçisi Liqa1-də 25 oyunda 59 xal toplayıb və ikinci sıradakı “Marsel”dən 13 xal öndədir. İlk “üçlüy”ü isə Yunanıstan Super Liqasının lideri “Olimpiakos” qapayır.
1. “Trabzonspor” (Türkiyə - 14 xallıq fərq)
2. PSJ (Fransa - 13)
3 “Olimpiakos” (Yunanistan - 11)
4-7. “Real” (İspaniya - 6)
“Bavariya” (Almaniya - 6)
“Union” (Belçika - 6)
“Porto” (Portuqaliya - 6)
8. “Ayaks” (Niderland - 5)
9-10. “Mançester Siti” (İngiltərə - 3)
“Seltik” (Şotlandiya - 3)
11. “Milan” (İtaliya - 2)