bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

"Qarabağ" Bakıda "Marsel"lə bacarmadı

25.02.2022 10:03 Oxundu 528


Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

"CEMPİON.AZ" xəbər verir ki, avrokuboklarda Azərbaycanın sonuncu təmsilçisi “Qarabağ” növbəti sınağına çıxıb.
Ağdam klubu Fransa “Marsel”i ilə üz-üzə gəlib. Ötən həftə “Velodrom”da 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri revanş almaq üçün meydana çıxıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdən öncə tanınmış müğənnilər Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunub. Qarşılaşma həm də Maksim Medvedevin avrokuboklarda 114-cü oyununa çıxaraq Azərbaycan futbol tarixinə yeni rekordçu kimi düşüb.
Görüş erkən qolla başlayıb. 12-ci dəqiqədə Pape Qeye “Marsel”i hesabda önə çıxarıb. Buraxılan qoldan sonra ağdamlılar fəallığı xeyli artırıb.
Hücumların birində İbrahima Vadji əllə topu rəqib qapısından keçirib. Meydanda yaşanan insidentin ardından bu qol ləğv olunub.
İkinci hissədə rəqibini təzyiq altında saxlayan “Qarabağ” hesabı dəyişə bilməyib. Azarkeşlərin “Anadır arzulara hər zaman Qarabağ” mahnısının misralarını səsləndirməsi ilə böyük qüvvə ilə irəli atılan təmsilçimiz görüşün sonlarında daha iki top buraxıb. Bununla da ağdamlılar ev görüşündən 0:3 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, bununla da həm iki oyunun yekununda 1:6 hesabı ilə uduzan “Qarabağ”, həm də Azərbaycan üçün avrokubok mövsümü başa çatıb.

Konfrans Liqası
Pley-off, cavab oyunu
24 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa) - 0:3
Qollar: 
Pape Qeye, 12, Matteo Qenduzi, 77, Konrad de la Fuente, 90+2