bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

“Onlar bunu etməyə borclu deyildi”

25.02.2022 17:00 Oxundu 603


Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” tvitter səhifəsi vasitəsilə paylaşım edib.

"CEMPİON.AZ" xəbər verir ki, Fransa klubu Bakıdakı cavab matçının birinci hissəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun vurduqları qolu ləğv elətdirməsinə biganə qalmayıb.
Yarımmüdafiəçi Matteo Qenduzinin təcrübəli mütəxəssisi alqışladığı fotonu paylaşan Liqa1 təmsilçisi “Qarabağ”a hörmətini çatdırıb: “Onlar bunu etməyə borclu deyildi”.
Qeyd edək ki, “Qarabağ”ın “Marsel”ə 0:3 hesabı ilə uduzduğu matçın gedişində İbrahima Vadji qonaqların qapısına əllə qol vurub. Hakimin kobud səhvi üzündən bu top hesaba alınıb. Lakin baş məşqçi Qurban Qurbanov hücumçu ilə söhbətindən sonra referiyə qolun əllə vurulduğunu dediyi üçün bu top hesaba alınmayıb.