Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
"CEMPİOM.AZ" xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cütlük təşkil edib.
Qrup mərhələsini 1-ci yerdə başa vuran 8 klub və pley-offu adlayan komandalar kubok uğrunda mübarizəni davam etdirəcək. İlk oyunlar martın 10-da, cavab görüşləri ayın 17-də baş tutacaq. Qrup qalibləri cavab matçlarına ev sahibliyi edəcək. Azərbaycan təmsilçisi “Qarabağ”ı məğlub edən “Bazel” və “Marsel” bir-birinə rəqib olub.
Qeyd edək ki, bu turnirdə çıxış edən Azərbaycan klublarından “Sumqayıt”la “Keşlə” II təsnifat mərhələsində, “Neftçi” təsnifatın pley-offunda, “Qarabağ” isə 1/8 finalın bir addımlığında mübarizəni dayandırıb.
Konfrans Liqası
1/8 final
“Marsel” (Fransa) - “Bazel” (İsveçrə)
“Lester” (İngiltərə) - “Renn” (Fransa)
PAOK (Yunanıstan) - “Gent” (Belçika)
“Vitess” (Niderland) -“Roma” (İtaliya)
PSV (Niderland) - “Kopenhagen” (Danimarka)
“Slaviya” (Çexiya) - LASK (Avstriya)
“Bodo Qlimt” (Norveç) - “Alkmaar” (Niderland)
“Partizan” (Serbiya) - “Feyenoord” (Niderland)