04.03.2022 17:49
463
"Qarabağ"ın və millimizin qapıçısı Emil Balayevin Qazaxıstanın "Turan" komandasına keçidi rəsmiləşib.
"Cempion.az" Qazaxıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə müqavilə imzalanıb.
Balayevin sözləşməsinin detalları açıqlanmayıb. O, yeni klubunda 22 nömrəli formanı geyinəcək. Oyunçu artıq komanda ilə ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Emil Balayev Qazaxıstanda "Tobol"da çıxış edib. Qapıçı "Qarabağ", "Neftçi", "Səbail", "Zirə" və Almaniya "Ayntraxt"ında da forma geyinib.