bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

AFFA cərimələr yağdırdı

04.03.2022 18:00 Oxundu 482

Bu gün AFFA  İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda qəbul edilən qərarları təqdim edirik:
27.02.2022-ci il tarixində Premyer Liqanın XVII turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1).
 
27.02.2022-ci il tarixində Premyer Liqanın XVII turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

28.02.2022-ci ildə Premyer Liqanın XVII turunun “Səbail”  – “Zirə” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
01.03.2022-ci ildə I Divizionun XVI turunun “Qəbələ-2”  – “Keşlə-2” oyununda “Qəbələ-2” klubunun 33 nömrəli futbolçusu Hüseyn Mürsəlov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
 
01.03.2022-ci ildə I Divizionun XVI turunun “Qaradağ Lökbatan”  – “Neftçi-2” oyununda matçın 42-ci dəqiqəsində “Neftçi-2” klubunun 22 nömrəli futbolçusu Mirabdulla Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimə olunur (maddə 41.3).
 
01.03.2022-ci ildə I Divizionun XVI turunun “Sabah-2” – “Turan Tovuz” oyununda “Sabah-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
02.03.2022-ci ildə I Divizionun XVI turunun MOİK  – “Zirə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2)
 
02.03.2022-ci ildə I Divizionun XVI turunun MOİK  – “Zirə-2” oyununda MOİK klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 54).
 
02.03.2022-ci ildə I Divizionun XVI turunun MOİK  – “Zirə-2” oyununda “Zirə-2” klubunun 70 nömrəli futbolçusu Nicat Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
 
02.03.2022-ci ildə I Divizionun XVI turunun “Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala” klubu oyun günü planına riayət etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 84).
 
02.03.2022-ci ildə I Divizionun XVI turunun “Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanov oyunun 42-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
 
02.03.2022-ci ildə I Divizionun XVI turunun “Zaqatala” – “Səbail-2” oyununda “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
24.02.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Xilə” FK  – “Record club” oyununda “Xilə” FK komandasının 1 nömrəli futzalçısı Fərid Mikayılov oyunun 37-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
24.02.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Xilə” FK  – “Record club” oyununda “Xilə” FK komandasının 17 nömrəli futzalçısı Tural Lətifov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
25.02.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Forza Neftçi”  – “Alyans Qrup” oyununda “Forza Neftçi” komandasının 3 nömrəli futzalçısı Tofiq Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
25.02.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Forza Neftçi”  – “Alyans Qrup” oyununda “Alyans Qrup” komandasının 7 nömrəli futzalçısı Mirkamil Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
27.02.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Xan Lənkaran”  – “Bibi Heybət” oyununda “Xan Lənkaran” komandasının 11 nömrəli futzalçısı Rasim Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
27.02.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Zülfüqar”  – “Rəvan” oyununda “Zülfüqar” komandasının 14 nömrəli futzalçısı Zaur Kazımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
27.02.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Timsport”  – “Atletiko Baku” oyununda matçın 15-ci dəqiqəsində “Timsport” komandasının 8 nömrəli futzalçısı Fərid Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).
 
27.02.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Baku Fire 3”  – “Advokat” oyununda matçın 26-cı dəqiqəsində “Baku Fire 3” komandasının 16 nömrəli futzalçısı Sərxan Vəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).
 
27.02.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Baku Fire 3”  – “Advokat” oyununda “Baku Fire 3” komandasının 9 nömrəli futzalçısı Ramal Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
27.02.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Borçalı”  – İSMA “Baku” oyununda “Borçalı” komandasının 1 nömrəli futzalçısı Əli Mirzəyev oyunun 20-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
27.02.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Borçalı”  – İSMA “Baku” oyununda “Borçalı” komandasının 11 nömrəli futzalçısı Fərid Qurbanov oyunun 29-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
01.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Record club”  – “Ekol” oyununda “Record club” komandasının 14 nömrəli futzalçısı Hosseini Hotkani Seyedreza qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
01.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Baku Fire”  – “U 19” oyununda matçın 4-cü dəqiqəsində “U 19” komandasının 4 nömrəli futzalçısı Nazim Rəhimov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşarkən yenidən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 41.3).
 
01.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Baku Fire” – “U 19” oyununda “Baku Fire” komandasının 12 nömrəli futzalçısı Kamran Hacıyev oyunun 6-cı dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
01.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Neftçi”  – “Xilə” oyununda matçın 2-ci dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün “Xilə” FK komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).
 
27.02.2022-ci il tarixində Yüksək Qızlar Liqasının “Xırdalan City” (Bakı) – “Keşlə” FK oyununda matçın 85-ci dəqiqəsində “Xırdalan City” (Bakı) komandasının 17 nömrəli futbolçusu Sevinc Babayeva “kobud oyun”-a görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36.1).
 
27.02.2022-ci il tarixində Yüksək Qızlar Liqasının “Xırdalan City” (Bakı) – “Keşlə” FK oyununda matçın 85-ci dəqiqəsində “Keşlə” FK komandasının 10 nömrəli futbolçusu Umnisə Əliyeva “aqressiv hərəkət”-ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).
 
27.02.2022-ci il tarixində Region Liqasının “Mübariz” – “Dirçəliş” oyununda matçın 75-ci dəqiqəsində “Dirçəliş” komandasının 12 nömrəli futbolçusu Loğman Qafarzadə “aqressiv hərəkət”-ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).
 
27.02.2022-ci il tarixində Region Liqasının “Mübariz” – “Dirçəliş” oyununda matçın 75-ci dəqiqəsində “Dirçəliş” komandasının ehtiyatda olan 23 nömrəli futbolçusu Şamil Şamilov  hakimə etiraza görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
27.02.2022-ci il tarixində Region Liqasının “Mübariz” – “Dirçəliş” oyununda matçın 75-ci dəqiqəsində “Mübariz” komandasının 7 nömrəli futbolçusu Kamran Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır. (maddə 41.3)
 
27.02.2022-ci il tarixində Region Liqasının “Mil” – “Ağsu Siti” oyununda matç bitdikdən sonra “Mil” komandasının 10 nömrəli futbolçusu Kamal Qasımov hakimlər briqadasını təhqir etdiyinə və baş hakimi vurmasına görə 14 oyun cəzalanır (maddə 37.8, 41.3).
 
27.02.2022-ci il tarixində Region Liqasının “Kəngərli” – “Sədərək” oyununda “Kəngərli” komandasının 7 nömrəli futbolçusu Turqut Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
23.02.2022-ci il tarixində Region Liqasının “İrəvan” – “Davam” oyununda matçın 72-ci dəqiqəsində “İrəvan” komandasının baş məşqçisi Zahid Niyazəliyev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41.4).
 
25.02.2022-ci il tarixində Region Liqasının “Davam” – “Şahdağ” (Quba) oyununda “Şahdağ” (Quba) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).
 
17.02.2022-ci ildə Gənclər Liqasının “Neftçi” İK İB – “Səbail” oyununda “Səbail” komandasının 79 nömrəli futbolçusu İbrahim Məmmədov oyunun 7-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
24.02.2022-ci ildə Gənclər Liqasının “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” komandasının 3 nömrəli futbolçusu Anar Əhmədzadə oyunun 42-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
27.02.2022-ci il tarixində U-17 Liqasının “Zaqatala” – “Keşlə” oyununda matçın 53-cü dəqiqəsində “Zaqatala” komandasının 7 nömrəli futbolçusu Bilal Qandaxov “aqressiv hərəkət”-ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).
 
27.02.2022-ci il tarixində U-17 Liqasının “Zaqatala” – “Keşlə” oyununda matçın 53-cü dəqiqəsində “Keşlə” komandasının 9 nömrəli futbolçusu Cavanşir Mehdili “aqressiv hərəkət”-ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).
 
27.02.2022-ci il tarixində U-14 Liqasının “Neftçi” PFK – “Keşlə” oyununda “Neftçi” PFK komandasının 10 nömrəli futbolçusu Nicat Məhərrəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
20.02.2022-ci il tarixində Coca Cola U-13 Liqasının “Qəbələ” – UGİM “Ulduz Mingəçevir” oyununda UGİM “Ulduz Mingəçevir” komandasında yetərsay olmadığı üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilsin. (maddə 55.1).
 
20.02.2022-ci il tarixində U-12 Liqasının “Qəbələ” – UGİM “Mingəçevir” oyununda UGİM “Mingəçevir” komandasında yetərsay olmadığı üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).
 
20.02.2022-ci il tarixində U-11 Liqasının “Hacıqabul-Şərq” – “Şirvan” (Şirvan) oyununda “Hacıqabul-Şərq” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).
 
20.02.2022-ci il tarixində U-10 Liqasının “Olimpiya” İK FK – “Ağstafa Gəncləri” oyununda “Olimpiya” İK FK komandasının heyətində lisenziyası olmayan oyunçu matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 50.2).
 
03.03.2022-ci il tarixində AFFA U-15 Liqasının “Kəpəz” PFK – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının 17 nömrəli futbolçusu Elmar Baxışzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).