05.03.2022 13:37
455
FIFA prezidenti Canni İnfantino Ukraynlı futbolçular - Vitali Sapilo və Dmitri Martinenkonun vəfatı ilə bağlı başsağlığı verib.
Bununla əlaqədar dünya futbol qurumunun rəhbəri Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelkoya məktub göndərib.
İnfantino itkilərlə bağlı kədərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini və hər iki oyunçunun unudulmayacağını söyləyib.
Qeyd edək ki, Sapilo "Karpati" (Lvov), Martinenko "Qostomel" klubunda çıxış edib.