cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

Əlişir Usmanova qarşı sanksiyalar “Everton”a təsir edibmi?

05.03.2022 13:59 Oxundu 547

"Everton"un baş məşqçisi Frenk Lempard Əlişir Usmanova qarşı sanksiyaların komandaya təsir edib-etməməsindən danışıb. Hələ 2020-ci ilin yanvarında rusiyalı iş adamının şirkəti 35 milyon avro qarşılığında yeni tikilən stadionuna ad verilməsi hüququnu əldə etmək üçün klubla razılığa gəlib.

- Bu mövzuda heç kimlə söhbətim olmayıb və bu, heç bir şəkildə komandama təsir etməyib. Heç bir narahatlığım da yoxdur. Vəziyyəti şərh etmək və stadion haqqında danışmaq üçün kifayət qədər məlumatım yoxdur. Mən komandaya və burada gördüyüm işə diqqət etməliyəm”, - SkySports Lempardın sözlərini sitat gətirib.