bazar ertəsi, 25 noyabr 2024

DİGƏR NÖVLƏR

Rusiya üçün Paralimpiya Oyunları başlamadan başa çatıb

05.03.2022 14:13 Oxundu 580

Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) kommunikasiyalar üzrə direktoru Kreyq Spens Rusiya və Belarus idmançılarının vətənə nə vaxt qayıdacaqları ilə bağlı məlumat paylaşıb. Bu barədə RİA Novosti məlumat yayıb.

"Belarus nümayəndə heyəti bu gün səhər, Rusiya Paralimpiya Komitəsinin nümayəndə heyəti isə sabah səhər yola düşür", - Spens deyib.

IPC-nin direktoru Rusiya və Belarus idmançılarının Paralimpiya Oyunlarından kənarlaşdırılmasına münasibət bildirməkdən yayınıb.

Rusiya komandası üçün Paralimpiya Oyunları başlamadan başa çatıb. Oyunların açılışından bir gün əvvəl, Rusiya idmançılarının əksəriyyəti artıq Çinin paytaxtında olarkən, IPC onların yarışda iştirak etmək hüququndan məhrum edildiyini elan etdi.

Beləliklə, bir çox çempionlar onsuz da zəngin olan mükafatlar kolleksiyasını doldura bilməyəcəklər və bəziləri üçün bu Oyunlar karyeralarında sonuncu olmalı idi.