05.03.2022 14:43
496
“Srvena Zvezda”nın direktoru Zvezdan Terziç “Qazprom”la əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib, həmçinin Rusiya klublarının avrokuboklardan kənarlaşdırılması qərarını tənqid edib.
- Biz qəzəblənirik. Biz 1992-ci ildə bu yolu keçmişik. Avropada anti-Rusiya isteriyası var, siyasət idmana lüzumsuz müdaxilə edir. Biz Ukrayna xalqına rəğbət bəsləyirik, lakin rus xalqı serblərə daha yaxındır və həmişə belə olacaq. Rusiya hər zaman serblərin tərəfində olan super dövlətdir. Bizə köynəklərimizdən “Qazprom” yazısının silinməsi ilə bağlı müraciət daxil olmayıb və mən ürəkdən ümid edirəm ki, bu baş verməyəcək. Bu dəlilik olardı. "Qazprom" 2010-cu ildən "Srvena Zvezda" ilə işləyir. Hətta bağlanacağımızla hədələnəndə də o, klubun yanında idi. Ola bilsin ki, “Srvena Zvezda” bu nəhəngdən bu cür maddi yardımı aldığı vaxta belə bu yardıma layiq deyildi. Beynəlxalq yarışlara lisenziyamızı necə itirdiyimizi xatırlayırıq və “Qazprom” olmasaydı, indi biz harda olardıq?. “Zvezda”nı sevən insanlar bu şirkətin klub üçün etdiklərini heç vaxt unutmayacaqlar. Onlar ən çətin anlarımızda bizimlə idilər, deyə 24sata Terziçdən sitat gətirir.