bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov: "Ağıllı oynayıb qələbə qazandıq"

05.03.2022 21:11 Oxundu 460


"Uşaqlara demişdim ki, hər şeyə hazır olun. Ağıllı oynayıb qələbə qazandıq".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII tur matçından sonra deyib.

Mütəxəssis bildirib ki, əvvəl digər komandalar onlara qarşı bu qədər hazırlaşmırdı: "Amma uşaqlara demişdim ki, hər şeyə hazır olun. Ağıllı oynayıb qələbə qazandıq. Hər oyuna maksimum dərəcədə hazırlaşırıq. Hər şeyi düzgün etmək istəyirik ki, nəticə yaxşı olsun".

Sadıqov görüşün gərgin keçdiyini söyləyib: "Vacib qələbə qazandıq. Bu dəqiqə hər bir xal vacibdir. İlk 15-20 dəqiqədə külək bizə qarşı idi. Topla oynamaq və hücum etmək çətin idi. İkinci hissəyə isə daha yaxşı başladıq. Hər iki komandanın qol fürsətləri oldu. Sevindirici haldır ki, qalib gəldik".

Onun sözlərinə görə, beynindəki bütün planları mətbuat konfransında açıqlaya bilməz: "Bu gün belə "11-liy"i görürdüm. Hamidu Keyta, əksinə, yaxşı oynadı. Qolda da xidməti var idi, özü də fərqlənə bilərdi. Hər şeyi danışa bilmirəm. Belə gördüm və qərar verdim".