bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

Aleksey Baqa: "Qol vurmaqla bağlı problemi aradan qaldıracağıq"

05.03.2022 21:16 Oxundu 452


"Məğlub oluruqsa, komanda şəklində uduzuruq. Sistemi dəyişmək mümkündür. Lap bir müdafiəçi ilə də oynamaq olar. Bununla heç nə dəyişmir.".

Bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Belaruslu mütəxəssis bildirib ki, epizodların boşa verilməsində kompleks səbəblər var: "Hansısa nüansı fərqləndirə bilmərəm. Burada bəxtsizlik, rəqibin oyunu və ustalıq səviyyəsini də qeyd etmək olar. Yenə qol xanamızda 0 rəqəmi oldu. Əlimizdə olan futbolçulardan nəsə etməyə çalışacağıq. Onlarla işləmək lazımdır. Mövsümün sonunda nə edəcəyimizə baxacağıq. "Düzdür, nəticələr kifayət qədər mənfidir. Amma mövsüm davam edir. Öz üzrəimizdə işləyəcək, qol vurmaqla bağlı problemi aradan qaldıracağıq. İnanıram ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Futbolda qara zolaq olur. Bu, həm normal, həm də anormal vəziyyətdir".

Baqanın sözlərinə görə, məğlubiyyətdə konkret kimlərisə günahlandırmaq olmaz: "Məğlub oluruqsa, komanda şəklində uduzuruq. Sistemi dəyişmək mümkündür. Lap bir müdafiəçi ilə də oynamaq olar. Bununla heç nə dəyişmir. Məğlubiyyət zəncirvari amillərdən yaranır. Dayaq yarımmüdafiəçiləri, hücumçuların da bunda günahı var. Sistemi dəyişməklə heç nə dəyişməyəcək. Bu, çıxış yolu deyil".