05.03.2022 21:35
453
"Rəqiblə müqayisədə bir gün az dincəldik. Meydanda futbolçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Fərdi səhvlərdən iki qol buraxdıq".
Bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, səhvlər rəqibin qələbə qazanmasına şərait yaradıb: "Bu il fərqli "Neftçi" izləyirik. Meydanda daha intizamlıdırlar. İlk yarıda hər iki kollektiv daha ehtiyatlı davrandı. Fasilədən sonra rəqib təzyiqi daha da artırdı. Bu da nəticəni müəyyənləşdirdi".