05.03.2022 21:40
467
Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" - "Səbail" oyunundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov matç barədə fikirlərini açıqlayıb: "Oyun kənardan rahat görsənə bilər, amma nələr çəkdiyimizi Allah bilir. Qol vurmadıqca futbolçularda tələskənlik görsənirdi. Bundan əlavə bizdə də həyacan artırdı. Futboçular qələbə istəyini saxladılar. Təmkini saxlamaq və panikaya düşməmək vacibdir. Futbolçular bunu göstərdi. Onları təbrik edirəm. Bu qələbədə heç bir oyunçunu xüsusi qeyd etmək istəmirəm. Onları anlayıram. Bəziləri uyğunlaşma dövrü keçirlər. Əsas odur ki, məşqlərdə və oyunlarda özlərini göstərməyə çalışırlar, istəklidirlər".