UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.
ilk oyun günündə "Bavariya" Avstriyada "Zaltsburq"la, növbəti mərhələyə vəsiqə qazanan 2 komandanın adına aydınlıq gəlib. Bunlar Almaniya "Bavariya"sı ilə İngiltərə "Liverpul"udur.
"Bavariya" "Zaltsburq"la, "Liverpul" isə "İnter"lə qarşılaşıb.
"Bavariya" ilk qarşılaşmanın revanşında böyük hesablı qələbəyə imza atıb - 7:1. (İlk oyun 1:1). İlk 3 qolu Robert Levandovski vurub. Polşalı hücumçu 12-ci və 21-ci dəqiqədə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənərək, ən erkən het-trik rekordunu yeniləyib.
İlk yarıda daha bir qolu 31-ci dəqiqədə Serj Qnabri vurub.
"Bavariya" fasilədən sonra da üstünlüyünü davam etdirib. 54-cü və 83-cü dəqiqələrdə Tomas Müller "dubl" edib. Son nöqtəni isə 85-ci dəqiqədə Leroy Sane qoyub. "Zaltsburq"un təsəlli qoluna 70-ci dəqiqədə Maurits Kyerqor imza atıb.
"Liverpul" isə İtaliyada 2:0 hesabı ilə yendiyi "İnter"ə öz meydanında minimal hesabla uduzub. Yeganə qolu 62-ci dəqiqədə Lautaro Martines vurub. Bundan 1 dəqiqə sonra ALeksis Sançes qırmızı vərəqə alaraq, İtaliya klubunu azlıqda qoyub. Qalan müddətdə qapılara qol vurulmayıb. Beləliklə, "Liverpul" iki oyunun yekununda daha üstün olduğu üçün mərhələ adlayıb.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
"Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1
Qol: Lautaro Martines, 62
Qırmızı vərəqə: Aleksis Sançes, 63 ("İnter")
Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)
İlk oyun - 2:0
"Bavariya" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 7:1
Qollar: Robert Levandovski, 12 (pen.); 21 (pen.); 23. Serj Qnabri, 31. Tomas Müller, 54; 83. Leroy Sane, 85 - Maurits Kyerqor, 70
Baş hakim: Klement Turpin (Fransa)
İlk oyun - 1:1.