09.03.2022 14:32
471
İdman hüquqşünası Yevgeni Morozov Beynəlxalq Futbol Federasiyasının (FİFA) Rusiya yığması mübarizədən kənarlaşdırıldan sonra Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində Polşa komandasının çıxış edəcəyi ilə bağlı bəyanatını şərh edib:
"Futbolda dominant struktur kimi FİFA-nın öz reqlamenti, nizamnaməsi var və bütün Futbol Federasiyaları buna əməl etməlidir. Beynəlxalq Futbol Federasiyası Rusiya yığmasını dünya çempionatından xaric etməklə apellyasiya şikayəti verilə bilən qərar verib. Rusiya Futbol İttifaqının (RFİ) CAS-a apelliyasiya şikayəti verdiyini nəzərə alsaq, FİFA-nın qərarı hələ qanuni qüvvəyə minməmiş sayılır. Bu qərar Lozanna Məhkəməsində Rusiyanın şikayətinə baxılana qədər qüvvəyə minməyəcək. Əgər CAS FİFA qərarının qeyri-qanuni olduğunu bildirsə və RFİ-nin şikayətini təmin edərsə, onda bəzi matçlar müvafiq olaraq ləğv ediləcək. Turnirin reqlamentini heç kim ləğv etməyib. FİFA bunu ləğv etməyib, təşkilat turnir başlayandan sonra birtərəfli qaydada reqlamentdə dəyişiklik edib. Bu, artıq prinsipcə münaqişədir, buna icazə verilmir. FİFA yalnız bəzi fövqəladə hallarda belə qərar qəbul edə bilər. Hər hansı bir tərəf, RFİ kimi, bu qərardan şikayət etmək hüququna malikdir. Lozanna Məhkəməsi yalnız idman mübahisələrinə baxır. Əgər CAS bu münaqişə barədə qərar qəbul edilməmişdən əvvəl Polşa komandası, deyək ki, Çexiya ilə oynayıbsa, onda bu matçın ləğv olunması bütün zəmin yaranacağını və Rusiya komandasının reqlamentə uyğun oynamaq şansı qazanacağını söyləmək olar.