bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Olqa Smorodskaya: “CAS-a şikayət etməyin mənası yoxdur”.

09.03.2022 15:12 Oxundu 520
 
“Lokomotiv”in sabiq prezidenti Olqa Smorodskaya FİFA-nın Rusiya millisini 2022-ci il dünya çempionatından kənarlaşdırmaq qərarını şərh edib.
"Düşünürəm ki, Rusiya futbolu barədə bütün bu qərarlar, o cümlədən milli komandanın FİFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılması hərbi vəziyyətlə əlaqədar verilib. Ona görə də ədalətli və məntiqli ola bilməz. CAS-a şikayət etməyin mənası yoxdur. Polşa, Çexiya, İsveç bizimlə oynamaqdan imtina edir, FİFA nə edə bilər? Heç nə. İndi həyat qaydalara uyğun inkişaf etmir,ekstremal vəziyyətdir.Bu vəziyyət təkcə idmanda deyil, hər yerdədir. Bizim komanda ancaq dincələ bilər və dəyişiklik küləyi əsənə qədər gözləyə bilər. O dəyişiklik küləyi mütləq əsəcək, biz hər zaman belə yaşamayacağıq”, - Smorodskaya Sport24-ə bildirib.