09.03.2022 16:07
468
"Barselona"nın prezidenti Joan Laporta bildirib ki, "Kamp Nou"nun təmiri ilə əlaqədar komanda ev oyunlarını bir mövsüm başqa stadionda keçirməli olacaq. Çox güman ki, biz Montjuicdəki (Barselona ərazisi – red.) "Olimpiya Stadionu"nu seçəcəyik. Montjuic bələdiyyəsindəki stadionun icarəsi 20 milyon avro olaraq qiymətləndirilir.
"Biz artıq “Kamp Nou”nu müvəqqəti tərk etmək üçün bir neçə variantı nəzərdən keçirmişik. Ən adekvat olanı Montjuicdir. Digər variantları araşdırdıq, lakin onların çətin və ya yerinə yetirilməsi qeyri-mümkün olan şərtləri var. Hər şey yaxşı olarsa, biz yalnız bir mövsüm “Kamp Nou”dan kənarda qalacağıq", - Laporta klub televiziyasının efirində deyib.