UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son 2 cavab oyunu keçirilib.
Fransa PSJ-si İspaniyada "Real Madrid"lə qarşılaşıb. İlk matçda Paris təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə bu üstünlüyünü qoruya bilməyib. Səfərdə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb.
Oyunda hesabı 39-cu dəqiqədə PSJ-nin hücumçusu Kilian Mbappe açıb. Lakin 61-ci, 76-cı və 78-ci dəqiqələrdə fərqlənən Kərim Benzema həm het-trikini, həm də növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
Gecənin digər matçında İngiltərənin "Mançester Siti" klubu evdə Portuqaliya "Sportinq"ini sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" evdə qolsuz heç-heçə edərək, 1/4 finala adlayıb.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
9 mart
00:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa) - 3:1
Qollar: Kərim Benzema, 61; 76; 78 - Kilian Mbappe, 39
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 0:1
00:00. "Mançester Siti" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun: 5:0