bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Kərim Benzema: "Bu boyda təzyiqə davam gətirmək asan iş deyil".

10.03.2022 14:57 Oxundu 611
 
"Real Madrid"in hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda PSJ-ni məğlub edərək (3:1) 1/4 finala yüksəldikdən sonar verdiyi açıqlamada bildirib ki, komandamız parislilərə daim təzyiq göstərərək öz şansını gözlədi və istədiyinə nail oldu.
"Azarkeşlərin dəstəyinə ehtiyacımız var idi: bu, onlar üçündür. Oyun çox çətin keçdi, lakin biz sona qədər mübarizə apardıq və qələbəyə layiq idik. İlk oyunda 0:1 hesabı ilə uduzsaq da azarkeşlərimiz bizə dəstək oldu ki, bu da bizə güc verdi.
Etiraf edim ki, ilk oyunda bəxtimiz gətirdi ki, cəmi bir qol buraxdıq. Amma Madriddə hər şeyin fərqli olacağını bilirdik. Təzyiq tətbiq etdik, sonra qol buraxdıq, lakin şansımızın olacağına şübhə etmirdik.
İlk top? Qapıçı gözlədi, gözlədi və sonda topu itirdi, bu da qolla nəticələndi. Donnarummanın etməli olduğu tək şey topdan canını qurtarmaq idi. Amma bu onun səhvi deyildı. Bu boyda təzyiqə davam gətirmək asan iş deyil.
Biz bilirdik ki, bu komanda təzyiq altında olanda da panikaya düşmür. Amma yenə də qabiliyyətini göstərmək çətinləşir. Biz topu meydanın rəqibə aid hissəsində ondan götürməklə, onların hücum üçlüyü ilə əlaqələrini minumuma endirə bildik. Bu problem topla meydanın dərinliyindən oynamağa çalışan bütün komandalarda baş verir. İstənilən komandanı belə sıxsanız, problem yaraanacaq.
Bütün gücümüzü verdik, sona qədər vuruşduq. İkinci hissədə matçın axarını dəyişmək üçün lazımi psixoloji sabitliyi göstərdik”, - UEFA-nın rəsmi saytı futbolçunun sözlərindən sitat gətirib.