10.03.2022 15:31
567
İdman Arbitraj Məhkəməsi (CAS) təcili olaraq Rusiya Futbol İttifaqının (RFİ) Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Rusiya komandalarını yarışlardan kənarlaşdırmaq qərarına qarşı apellyasiya şikayətinə baxmalıdır. Bu fikirləri ikiqat olimpiya çempionu, oyunçu kimi Stenli kubokunun ikiqat qalibi və məşqçi kimi trofeyin sahibi, Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov deyib.
"Söhbət Dünya çempionatından getdiyi üçün bu məsələyə baxılması dərhal olmalıdır. Biz mütləq öz hüquqlarımız uğrunda mübarizə aparmalıyıq. Beynəlxalq idman təşkilatlarının, o cümlədən BOK-un (Beynəlxalq Olimpiya Komitəsi) normativ sənədlərində buna bənzər heç nə yoxdur. Biz həmişə bildirmişik ki, idman dünyada sülhə xidmət etməlidir. Belə boykotlar çox oldu, lakin belə qərarlar beynəlxalq təşkilatlar tərəfindən deyil, ölkələr tərəfindən qəbul edildi. Beynəlxalq təşkilatlar körpülər qurmaq, problemləri müzakirə etmək, qarşılıqlı əlaqənin necə qurulmasını müzakirə etmək imkanı daşıyan olimpizm ideyalarını dəstəkləmək üçün nəzərdə tutulub. Bu qərarlar idmançıların mənafeyini tapdalayır”, - Fetisov bildirib
Xatırladaq ki, UEFA və FİFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra fevralın 28-də Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb. Martın 7-də RFİ bu qərardan CAS-a apellyasiya şikayəti verib. Ertəsi gün məhkəmə onu qeydiyyata alıb.