10.03.2022 15:53
461
Böyük Britaniya cümə axşamı Rusiyaya qarşı sanksiyalarını genişləndirərək daha 7 rusiyalını qara siyahıya salıb. Onların arasında Londonun “Çelsi” klubunun sahibi Roman Abramoviç də var.
Adları qara siyahıya düşmüş şəxslərin hamısının Böyük Britaniya ərazisinə girişi qadağandır, onların ölkədəki aktivləri dondurulub. Onlara həmçinin Britaniya fiziki və hüquqi çəxsləri işləmək qadağan edilib ki, bu da Abramoviçin “Çelsi” klubunu satmasını xeyli çətinləşdirə bilər.
"Böyük Britaniya hökumətinin Prezident Vladimir Putini və onun ətrafını təcrid etmək səylərinin bir hissəsi olaraq, bu oliqarxların Böyük Britaniyadakı ümumi dəyəri təxminən 15 milyard funt-sterlinq olan aktivləri dondurulub”, - Böyük Britabiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.