bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Abramoviçin sanksiyaları “Çelsi”yə təsir etməyəcək

10.03.2022 17:39 Oxundu 580
 
Britaniya hökumətinin rusiyalı iş adamı Roman Abramoviçə qarşı tətbiq etdiyi sanksiyalar onun “Çelsi” komandasının İngiltərə Premyer Liqasının oyunlarında iştirakına mane olmamalıdır. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin cümə axşamı yaydığı bəyanatda deyilir.
Hökumət kluba müəyyən fəaliyyət növlərinə icazə verən xüsusi lisenziya verdi.
Bura komandanın çempionatda iştirak etməsi, futbolla bağlı digər fəaliyyətləri həyata keçirmək, Premyer Liqanı, futbol qurumlarını, sadiq azarkeşləri və digər klubları qorumaq icazəsi daxildir.