10.03.2022 18:00
737
Çempionlar Liqasında “Real”-“PSJ” arasınada keçirilən oyun başa çatdıqdan sonar PSJ-nin paltardəyişmə otağında qapıçı Canluici Donnarumma ilə braziliyalı hücumçu Neymar arasında ciddi münaqişə yaşanıb.
“Cempion.az” bildirir ki, bu barədə İspaniyanın “Marka” nəşri xəbər yayıb.
Xatırladaq ki, parislilərin qapısına ilk qol qapıçı Donnarummanın səhvindən sonra vurulub. Neymar həmin səhv irad tutaraq Donnarummanın üstünə qışqırıb. İtalyan isə Neymarın buraxılan ikinci qolla epizodunda son dərəcə uğursuz oynadığını söyləyərək ona cavab verdi. Az qala əlbəyaxa olan futbolçuları komanda yoldaşları ayırmalı olub.