bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

“Barselona” “Qalatasaray”ın müqavimətini qıra bilmədi

11.03.2022 13:29 Oxundu 492

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha 4 oyunu keçirilib.

Türkiyənin "Qalatasaray" İspaniyada "Barselona"nın qonağı olub. Kataloniyalılar ölkə çempionatında “qara zolaq”dan çıxamaqda çətinlik çəkən “cim-bom”un müqavimətini qəra bilməyib. Oyun 0:0 hesabı ilə başa çatıb.

Digər qarşılaşmalarda "Reyncers" Şotlandiyada Serbiyanın "Srvena Zvezda" klubuna, "Braqa" Portuqaliyada Fransa "Monako"suna, "Atalanta" isə İtaliyada Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qalib gəlib.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0

Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0

Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89

"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 - Çarles Arangis, 11. Mussa Diabi, 63

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0