11.03.2022 13:41
448
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün növbəti oyununu keçirəcək. Millimiz saat 15:00-da başlayacaq oyunda Şimali Makedoniyadan olan yaşıdları ilə qarşılaşacaq. Oyunu Jurgita Macikunytenin (Litva) rəhbərlik etdiyi hakimlər birqası idarə edəcək.Baş hakimin köməkçiləri isə Ugne Smitait (Litva), Erinda Kume (Albaniya) və dördüncü hakim Kejsi Tafili (Albaniya) olacaq