11.03.2022 15:12
512
Boks üzrə keçmiş dünya çempionu, hazırda Dövlət Dumasının deputatı Nikolay Valuyev Ukrayna hadisələri ilə bağlı əcnəbi futbolçuların Rusiya çempionatını tərk etməsinə münasibət bildirib.
- Qoy qaçsınlar, tüpürüm onlara. Siçovullar həmişə gəmidən qaçırlar: təkcə boğulan zaman deyil, həm də atəş altında olanda. Muzdlular heç vaxt özmüzünküləri əvəz edə bilməz. Gənclər futbolunun inkişafı üçün əcnəbi futbolçulara böyük pul yatıra bilərsiniz. Amma bu lazımı nəticəni verməyəcək. İnkişaf hamıya bərabər imkanlar vermək deməkdir. Həm imkanlı ailədən olan uaqlara, həm də maddi vəziyyəti aşağı olan uşaqlara bərabər imkan yaradılsa, rəqabət olacaq, - "Bukmekerlərin reytinqi" Valuevdən sitat gətirir.