bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Rusiya futbol çempionatını xilas etmək üçün yollar axtarır

11.03.2022 15:32 Oxundu 469
 
Rusiya Futbol İttifaqının Etika Komitəsinin üzvü Andrey Sozin ölkə çempionatında əlavə transfer pəncərəsinin açılmasının mümkünlüyü ilə bağlı fikirlərini bölüşüb.
"Hesab edirəm ki, bunu etmək lazımdır. Əvvəllər VTB Basketbol Liqası bununla bağlı addım atmışdı, azad agent status olan oyunçularla qısamüddətli müqavilələr bağlayırdılar. Bu, çempionatı dayandırmamaq üçün edilib. Düşünürəm ki, bu futbolda da vəziyyəti xilas edəcək. Tutaq ki, "Krasnodar”ı gücləndirə biləcək azad futbolçular var, niyə onları komandaya qəbul etməsinlər?. Mənə elə gəlir ki, milli komandaların oyunları üçün yaranmış fasilədən sonra Rusiyanı tərk etmək istəyən əcnəbi futbolçuların sayı daha da artacaq. İndi transfer pəncərəsinin açılması zəruri, lakin müvəqqəti tədbirdir. Bu, ən düzgün yoldur ", - Sozin RB Sport-a bildirib.