11.03.2022 16:12
519
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirib. İclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın XVIII turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
XVIII turun “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
“Qarabağ” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır (maddə 49);
XVIII turun “Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
“Sabah” klubunun məşqçisi Vitali Kovalyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 41.4);
“Sabah” klubunun qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat cərimə olunur (maddə 69.5);
I Divizionun XVII turunun “Zirə-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun futbolçusu Maqsud Ələkbərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
XVII turun “Səbail-2” – “Sabah-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);
“Sabah-2” komandasının futbolçusu Samir Məhərrəmli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur (maddə 47.1);
XVII turun “Kəpəz” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);
XVII turun “Neftçi-2” – “Qarabağ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
“Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);
“Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur. (maddə 39);
“Qarabağ-2” komandasının azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün komanda 80 manat cərimə olunur (maddə 51.2).