14.03.2022 13:28
483
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyunundan sonra keçirdiyinmətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildirib.
"Bizi ağır mübarizə gözlədiyini bilirdik. Komandamın çıxışından razıyam. Komandam istədiyim futbolu meydançada göstərdi. Futbolçularımız daim hücumda olmağa çalışırdı, çoxsaylı qol epizodları yaratdıq. Sadəcə, dəyərləndirə bilmədik. Oyunun dinamikası yüksək idi. Komandalar iki gün oynamalarına baxmayaraq, dinamika gələcəyə ümidlə baxmağa imkan yaradır. Ümumi götürdükdə qazanılan bir xal hər iki komandanı razı sala bilər".