14.03.2022 17:12
449
Sovet və Rusiya futbolunun veteranları UEFA prezidenti Canni İnfantino və FİFA rəhbəri Aleksandr Çeferinə müraciət ediblər.
"Biz, sovet və rus futbolunun veteranları, FİFA və UEFA-nın Rusiyanı növbəti bildirişə qədər bütün səviyyələrdə bütün beynəlxalq yarışlardan kənarlaşdırmaq qərarı ilə əlaqədar sizə müraciət edirik. Biz bu qərarı başa düşmürük və qəbul etmirik. Futbol dünyadakı insanları birləşdirmək məqsədi daşıyır. Futbol - bu ən populyar və ən demokratik oyundur. Burada heç bir ayrı-seçkiliyin təzahürlərinə yer olmamalıdır. Cənab İnfantino, siz özünüz dəfələrlə bunu bəyan etmisiniz. Buna baxmayaraq FİFA və UEFA-nın rusiyalı futbolçulara və qadın futbolçulara münasibətdə verdiyi qərar ayrı-seçkiliyin ən bariz nümunəsi deyilmi?" - qurumun açıqlamasında bildirilir.