16.03.2022 12:55
492
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Yunayted"in qonağı olub. Qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 41-ci dəqiqədə Renan Lodi vurub. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından səfər qələbəsi Dieqo Simeonenin başçılıq etdiyi kollektivi növbəti mərhələyə çıxarıb.
Gecənin digər oyununda "Ayaks" Niderlandda Portuqaliya "Benfika"sını qəbul edib. Bu görüşdə də qonaqlar rəqibini minimal hesabla məğlub ediblər. Lissabon təmsilçisinin heyətində 77-ci dəqiqədə Darvin Nunyes fərqlənib. İlk matç 2:2 hesabı ilə yekunlaşdığından, bu nəticə "Benfika"nı 1/4 finala daşıyıb.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
15 mart
"Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1
Qol: Renan Lodi, 41
Baş hakim: Slavko Vinçiç
İlk oyun - 1:1
"Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1
Qol: Darvin Nunyes, 77
Baş hakim: Karlos del Serro
İlk oyun - 2:2
Çempionlar Liqasında ¼ finalın son iki iştirakçısı bu gün bəlli olacaq:
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
16 mart
"Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 1:1
"Lill" (Fransa) - "Çelsi" (İngiltərə)
Baş hakim: Davide Massa (İtaliya)
İlk oyun - 0:2.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.