16.03.2022 15:01
453
"Mançester Yunayted"in qapıçısı David De Xea Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Atletiko Madrid"ə məğlubiyyəti (0:1) şərh edib.
"Nəticə bizi çox kədərləndirdi. Bu hissləri sözlə ifadə etmək çətindir. Hər iki matçda qələbə üçün kifayət nizamlı oynaya bilmədik. Bizim üçün kədərli bir gün oldu.
“Atletiko”nun bu oyunları necə oynamağı bilən çox təcrübəli komandası var. Qol vurdular, bundan sonra təhlükəli vəziyyətlər yarada bilmədik. Son dəqiqəyə qədər mübarizə apardıq, amma səylərimiz yetərli olmadı”, - UEFA-nın mətbuat xidməti futbolçunun sözlərini sitat gətirib.