16.03.2022 15:06
534
"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann 1/8 final mərhələsinin cavab oyununda "Mançester Yunayted"ə qalib gələrək (1:0) Madrid klubunun Çempionlar Liqasının 1/4 finalına yüksəlməsini şərh edib.
"Son bir neçə həftə yaxşı oynadım və bu gün nəyə qadir olduğumu göstərmək, həm hücumda, həm də müdafiədə komandaya kömək etmək istədim. Meydanda hər kəs bunu etdi. Bu, irəliyə doğru yoldur.
Ən əsası əhval-ruhiyyədir. Bu günkü oyun göstərdi ki, bizimlə bizimlə oynamaq nə qədər çətindir. 1/4 finala yüksəlməyimiz sadəcə əladır”, - UEFA-nın mətbuat xidməti futbolçunun sözlərini sitat gətirib.