16.03.2022 15:22
493
"Ayaks"ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika" ilə cavab oyunu (0:1) haqda danışıb.
"Mövqe hücumumuz çox yaxşı idi. Topla əla işlədik. Bunun üçün futbolçularımı tərifləməliyəm. Bəlkə də çatışmayan yeganə şey rəngarənglik idi. Diqqətsiz oynanılan bir epizodun bizi Çempionlar Liqası ilə vidalaşmağa məcbur etməsi təəssüf doğurur. Mən uzun müddət əvəzləmələr etmədim. Çünki Berquis və ya Antonidən hansısa sehrli an gözləyirdim. Biz üstün idik, ona görə də nəyi isə dəyişməyin mənasız olduğunu düşündüm", - deyə UEFA-nın rəsmi saytı məşqçidən sitat gətirir