bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Ralf Ranqnik: "Atletiko”ya qarşı ilk qol vurmalı olduğumuzu bilirdik"

16.03.2022 15:46 Oxundu 487
 
"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Atletiko Madrid"in "Mançester Yunayted" üzərində 1:0 hesablı qələbəsini şərh edib.
"Düşünürəm ki, ilk hissəni çox yaxşı keçirdik. Xüsusilə mentalitet baxımından çox enerjili oynadıq. Ancaq bunu qola çevirə bilmədik. Qol vurmaq üçün gözəl imkanlarımız oldu, amma bacarmadıq.
Fasilədən sonra ritmi saxlaya bilmədik. “Atletiko”nun nə qədər yaxşı müdafiə oluna biləcəyini başa düşdük. İkinci hissədə biz də bir-iki şans yaratdıq və epizodların birində qapıçı super seyv etdi. Əvvəldən bilirdik ki, bu komanda ilə görüşdə ilk növbədə qol vurmaq lazımdır”, - UEFA-nın mətbuat xidməti məşqçinin sözlərini sitat gətirib.