16.03.2022 15:51
703


Rusiya və Belarus yığmalarının Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulub.
Bu barədə FIDE Şurası qərar qəbul edib.
Bildirilib ki, hər iki ölkənin qrossmeysterləri fərdi turnirlərdə neytral statusda - milli simvollar olmadan iştirak edə biləcək.
Qərar gələcək məlumatlandırmayadək qüvvədə olacaq.