16.03.2022 18:25
469
"Match TV"nin məlumatına görə, "Krasnodar"ın rusiyalı futbolçuları klub rəhbərliyinin müraciətinə cavab verib və maaşların aşağı salınmasına razılaşıblar. Bəzi oyunçuların maaşı iki dəfə, bəzilərininki isə üç dəfə azalacaq. Bu tədbirin nə qədər müddətə tətbiq olunacağı hələlik məlum deyil.
Xtırladaq ki, “Krasnodar”ın sahibi Sergey Qalitskinin Avropadakı bank hesablarının bloklanması səbəbindən çətin maliyyə vəziyyətinə düşüb.