18.03.2022 19:09
462
"Növbəti dəfə rəqibə qol hədiyyə etdik və onların hesabda önə çıxmasına şərait yaratdıq. Qalan dəqiqələrdə isə vəziyyəti düzəltməyə çalışdıq. Təəssüf ki, 1 qoldan artığına gücümüz çatmadı. Çox bəhanə gətirmək olar. Amma əsas səbəb rəqib fərqlənmək imkanı yaratmağımızdır".
Bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdiyi oyunundan sonra "CBC Sporta" müsahibəsində deyib.
Belaruslu mütəxəssis bildirib ki, komandada əsas problem psixoloji durumla bağlıdır: "Həm turnir cədvəlindəki yerimiz, həm də digər amillər futbolçulara pis təsir edir. Psixoloji problem varsa, oyun planının heç bir önəmi yoxdur".