bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

Sənan Qurbanov: “Səhvlərimizi aradan qaldırmağa çalışacağıq”

18.03.2022 19:18 Oxundu 469


"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə ilə başa çatan oyundan sonar ilkin təəssüratını bölüşüb.

"Oyunun çətin olacağını başa düşürdük. "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Bunun üçün də aqressivləşmişdi. İlk hissədə pis oynamadıq və qol vurduq. Amma ikinci yarıda öz səhvimizdən top buraxdıq. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq. Hər oyuna final matçı kimi çıxacağıq. İtiriləsi heç nəyimiz yoxdur. Fasilədə oyunları analiz edib, səhvlərimizi aradan qaldırmağa çalışacağıq".